Pəhriz saxlamağınıza baxmayaraq heç cür artıq çəkinizdən qutula bilmirsiniz? Fərqində olmadığınız bəzi xəstəlikləriniz arıqlamağınıza mane ola bilər. Dietoloq Xədicə Baygut belə bir vəziyyətlə qarşı-qarşıyasınızsa, mütləq həkimə müraciət etməyinizin vacib olduğunu vurğuladı və pəhriz saxladığınız halda hədəfinə çata bilməyən xəstələrə bunun altında yatan 10 səbəbi sıraladı. 1. Artıq çəkiyə səbəb ola bilən bir xəstəliyinizin tapılması: Bir həkimlə məsləhətləşmədən öz-özünə başladığınız bir pəhriz proqramı bir müddət sonra müvəffəqiyyətsizliklə nəticələnə bilər. Fərqində olmadığınız bir tiroid xəstəliyi, gizli şəkər ya da insulin müqaviməti, böyrəküstü vəzlərinin çox çalışması, polikistik over sindromu kimi vəziyyətlər çəki ata bilməməyinizin tibbi səbəbləri ola bilər. Bu cür xəstəliklər hər yaşda ortaya çıxa biləcəyi üçün arıqlamaqda çətinlik çəkdiyinizdə ya da arıqlama prosesi dayandığında da bu xəstəliklərin mütləq bir mütəxəssis həkim tərəfindən araşdırılması lazımdır. 2. Doğru olmayan qidalanma tətbiqləri: Bir pəhriz sizi ac saxlayırsa, deməli, o pəhriz doğru pəhriz deyil. Çox aşağı kalorili pəhrizlər bədənimizdən yağ toxuması ilə birlikdə çox miqdarda əzələ toxuması itkisinə də səbəb olur. Gün ərzində ən çox enerji xərcləyən əzələlərimizdir. Əzələ itkisi ilə birlikdə maddələr mübadiləsi sürətiniz yavaşlayar və kilo verməyə qarşı bir müqavimət meydana gələr, hətta əvvəlkindən çox kilo alına bilər. 3. Psixoloji problemlər və həddindən artıq stress halı: Psixoloji problemləriniz ya da həddindən artıq stressli bir həyatınız varsa, arıqlama mövzusunda müvəffəqiyyətsiz olma ehtimalınız var. Bu problemlər üçün istifadə edilə biləcək bəzi dərmanlar da yan təsir olaraq kilo artımına yol açır. 4. İnsanın nizamlı və özünə uyğun məşq etməməsi: Çəki itkisi insanın gündəlik aldığı kaloridən daha çox kalori yandırmasıdır. Bunu da uyğun bir qidalanma proqramına əlavə edilən məşqlərlə daha asan təmin etmək mümkündür. Eyni zamanda edilən məşqlər əzələ kütlənizin qorunmasını təmin edir və maddələr mübadiləsi sürətinizin azalmasına maneə törədir. 5. Ailəniz və ətrafınızdan kafi dəstəyi ala bilməmək: Arıqlamağa qərar vermək sizin üçün ən əhəmiyyətli addımdır. Bu addımı atarkən ailənizə və ətrafınızda birlikdə olduğunuz hər kəsə söyləməlisiniz. Onlardan sizə dəstək olmalarını və lazım olduğunda sizi xəbərdar etmələrini istəməlisiniz. 6. Ara paylardan imtina etmək: Maddələr mübadiləsinin nizamlı çalışması üçün gündə 3 ana və 3 ara pay yeyilməsi lazım olduğu elmi olaraq sübut edilmişdir. Səhər naharı erkən saatda edilməli, ara payı təxirə salınmamalıdır. Axşam yeməyini isə saat 19:00-dan əvvəl yeməyə diqqət yetirməlisiniz. Ana paylardan 2,5-3 saat sonra mütləq ara pay yeməlisiniz, bu maddələr mübadilənizin sürətini artıran ən əhəmiyyətli faktordur. 7. Kafi dərəcədə yatmamaq və dincəlməmək: Maddələr mübadiləsinin ən yavaş olduğu gecə saatlarında mütləq yatılmalı, ən sürətli olduğu səhər saatlarında də mütləq oyaq olunmalıdır. Yuxusuzluq stress hormonlarını artırır və bu hormonlar kilo artımına yol açır. Buna görə də mütləq gündə 7-8 saat yatmaq lazımdır. 8. Bol su içməmək: Maddələr mübadiləsinin düzgün işləməsi üçün gündə 2.5-3 litr su içməyi vərdiş halına gətirilməlisiniz. 9. Zərərli vərdişləri buraxmamaq: Siqaret və spirt kimi maddələrdən istifadə edənlərin arıqlama proqramlarında daha az müvəffəqiyyətli olduqları elmi araşdırmalarla müəyyən olunmuşdur. 10. Ümidsizliyə qapılmaq: Müəyyən miqdarda arıqladıqdan sonra, bədən yeni vəziyyətinə qarşı bir tarazlıq təmin etməyə çalışır və çəki itkisi azalır. Bu dövrdə ümidsizliyə qapılmamalı, mövcud çəkinizi qorumağa çalışmalı və məşq miqdarını artırmağa çalışmalısınız.
↧
Pəhriz saxlasanız da arıqlamırsınız?
↧
Arıqladan darçınlı süd
Arıqlamaq bir çox qadının ortaq arzusudur. Xüsusilə yaz və yay aylarının gəlişi çəkisindən narazı olan xanımları təşvişə salır. Daha incə geyimlərin bədən formanızı aydın şəkildə büruzə verməsi ola bilər ki, sizi də narahat edir. Yay aylarına keçdikcə isə çimərlik mövsümü yaxınlaşacaq. Bu da xanımların ideal bədən quruluşuna sahib olmağı daha çox arzuladığı bir mövsümdür. Elə bunu nəzərə alaraq sizə effektiv arıqlama içkisinin reseptini təqdim edirik. Tərkibi: - 1 stəkan az yağlı süd, - 1 çay qaşığı darçın, - 1 dənə mixək. Hazırlanması: Bütün ərzaqları qarışdırıb istər isti, istərsə də, soyuq şəkildə gecə bir stəkan içirik. Xüsusilə yatmazdan bir neçə saat qabaq içilməsi məsləhətlidir. Əgər mixək yoxdursa, sadəcə darçın və süd içmək də faydalı olacaqdır.
↧
↧
Səhər yeməyində necə qidalanmalı?
Günün ən vacib yeməyinin səhər yeməyi olduğunu yəqin ki, bilməyən yoxdur. Səhərlər işə və ya dərsə gedərkən yolda özünüzü halsız və yorğun hiss edirsinizsə, bunun həlli olduqca sadə ola bilər. Əgər sizin də bir çox insan kimi səhər yemək yemək vərdişiniz yoxdursa və ya bir fincan kofe və meyvə ilə səhəri keçirirsinizsə, səhviniz elə buradadır. Bu şəkildə arıqlayacağınızı düşünmək böyük səhvdir. Səhər yeməyi yemək bədənin yuxudan çıxması və funksiyalarını gün ərzində sağlam şəkildə yerinə yetirə bilməsi baxımından gərəklidir. Səhərlər yemək yeməyib, günortalar çox yemək yuxunuzun gəlməsinə və iş veriminizin düşməsinə səbəb olur. Sağlam bir səhər yeməyi lazımi qədər karbohidrat, protein, lif və gərəkli vitaminləri özündə birləşdirir. Səhərlər gün ərzində enerji verən karbohidrat ehtiyacını qarşılamaq üçün qoz, badam, yulaf kimi şeylər yeyə bilərsiniz. Belə çərəzlər həm də Omega-3 mənbəyidir. Ağ çörək isə keyfiyyətli karbohidrat mənbəyi deyil və mümkün qədər az qəbul edilməlidir. Xüsusilə idmanla məşğul olursunuzsa, səhər yeməyi gündəlik protein ehtiyacınızın bir hissəsini qarşılamaq üçün idealdır. Həmçinin proteinlə zəngin qidalanmaq uzun müddət insanı tox tutur. Yumurta əvəzolunmaz protein mənbəyidir. Yumurta yeyərkən sarısını ağından ayıraraq ağını yemək proteinlə daha zəngin və faydalı olacaqdır. Sosiska və kolbasa isə yaxşı protein mənbəyi deyil. Səhər yeməyində mütləq meyvə və tərəvəzə də yer verməlisiniz. Əgər menyunuz onsuz da zəngindirsə və ya səhər yeməyində meyvə-tərəvəz yemək istəmirsinizsə, meyvə və tərəvəzləri daha sonra yeyə bilərsiniz. Səhər yeməyində nə içməliyəm? Yeni sıxılmış meyvə suları yaxşı seçimdir. Kofe də eyni şəkildə səhərlərin əvəzolunmaz içkisidir və tərkibindəki kofein sayəsində günə daha enerjili başlamağınıza kömək edəcək. Ancaq səhər yeməyi zamanı çox kofe içilməsi daha tez acmağınıza və mədədə yanğı hissinə səbəb ola bilər. Həmçinin arıqlamağa çalışırsınızsa, kofe ilə gələ biləcək gizli kalorilərə də diqqət etməkdə fayda var. Buna görə kofenizi süd və şəkərlə içməməyə çalışın. Kofenin yerinə çay da içə bilərsiniz. Səhər yeməyindən əvvəl 1-2 stəkan su da içə bilərsiniz. Çünki kofe və çay dehidrasiyaya səbəb olur, yəni su itkisi yaradır. Bir çox insan səhər yeməyi yeməkdə çətinlik çəkir. Xüsusilə protein baxımından zəngin qidalar bəzilərinə ağır gəlir və bu cür qidalar qəbul etmək istəmirlər. Halbuki, səhər qəbul edilən proteinin miqdarını artırmaq günlük protein ehtiyacının tam qarşılanması üçün son dərəcə vacibdir.
↧
Arıqladan, yağları yandıran bitki çayları - Hər gün için
Arıqlamaq üçün bir çox yollardan istifadə edilir. Estetik əməliyyatlar, pəhriz siyahıları, mədə kiçiltmə, arıqlama əməliyyatları, arıqladan məhsullar və həblər kimi bir çox variantlar var. Bunların arasından ən çox seçilən bitki mənşəli çaylardır. Bitki çayları bitki mənşəli arıqlatma üsulları arasında təbii olması, qida kimi yeyilməsi, əks təsirləri və zərərlərinin çox aşağı olması səbəbindən məşhurdur və daha çox yayılıb. Bitkilər aləmində şəfa verən və çay olaraq içilməsi mümkün olan bir çox bitkilər var. Lakin adət etmədiyimiz üçün onların dadı bizə yaddır. Amma onları içsək, istədiyimiz çəkiyə çata bilərik. Bununla həm büdcə sarsılmaz, həm də heç bir cərrahiyyə əməliyyatı keçirmədən sağlam formada çəki azaltmaq olar. Bitki çayları maddələr mübadiləsini sürətləndirir. İstər qarın, istərsə də bədənin başqa hissələrində olan yağları əritmək və artıq çəkidən xilas olmaq üçün bitki mənşəli arıqladan çayların istifadəsi daha çox məsləhət görülür. İlk növbədə gündəlik qəbul etdiyiniz kaloriyə diqqət etməlisiniz. Çünki gündəlik aktivlikdən daha çox aldığınız kalorilər bədəndə yağ kimi yığılır. Bundan başqa, hormonal nizamsızlıq yaşayan və tiroid vəzilərində problem olan insanlar daha çox artıq çəki alır. Bu mövzularda sağlamlıq probleminizin olub-olmadığını öyrənmək üçün həkimə müraciət etməlisiniz. Arıqlamağa kömək edən bitkilər arasında razyana daha çox üstünlük təşkil edir. Bundan başqa, bibəriyə yağı, küncüt yağı və limon qabığı yağı da yağ yığılmış bölgələrə masaj şəklində çəkilə bilər. Yaşıl çay da maddələr mübadiləsini sürətləndirən təsiriylə arıqladan bitki mənşəli çaylar arasındadır. Arıqlamaq üçün qərənfil çayı möcüzəsindən də faydalana bilərsiniz. İsti suyun içərisinə 2 ədəd qərənfil atıb bir az saxlayın. Bir qabda qarışdırdığınız 1 çay qaşığı bal və 1 yemək qaşığı alma sirkəsini həmin suya əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra ağzı bağlı olaraq stəkanda ilıq olanadək saxlayın. Bu qarışığı səhər yeməyindən 1 saat əvvəl için və 1 aydan çox olmaması şərtilə hər gün təkrar edə bilərsiniz. Arıqlamağınıza kömək olacaq bir başqa bitki çayı isə darçın və zəncəfil çayıdır. Bu çayı hazırlamaq üçün ehtiyacınız olan vəsaitlər 1 darçın qabığı, 1 kök zəncəfil, 1 çay qaşığı qara bibər, 1 litr su, 6 ədəd hil, 2 ədəd qərənfil və 1 çay qaşığı baldır. Qara bibər və baldan başqa qalan bütün vəsaitləri bir qabda qarışdırıb 3 dəqiqə qaynadın. Qaynamış qarışımın içinə balı və qara bibəri əlavə edin. Əldə etdiyiniz çayı günorta və axşam gündə 3-4 stəkan içə bilərsiniz. Zəncəfil çayı, cökə və ada çayı da təklikdə sürətli və sağlam arıqlamağa kömək edən bitki çaylarıdır. Bu bitki çayları sayəsində bədəninizdə yığılan toksindən azad ola bilərsiniz. Tətbiq etdiyiniz pəhriz proqramlarına bitki mənşəli arıqladan çayları da əlavə etsəniz, daha sürətli və qalıcı arıqlamağa nail ola bilərsiniz. Limon otu çayını da arıqlamaq üçün istifadə edə bilərsiniz. Tərkibində olan A vitamini sayəsində həm dərini gözəlləşdirən, həm də yağ yandırmanı asanlaşdıran limon otu çayı asan tapılan bitkidir. Bir qaba 2 çay qaşığı limon otu atın, qaynadıqdan sonra çay kimi için. Üzərinə 1 çay qaşığı nanə də əlavə edə bilərsiniz.
↧
Modelləri arıq saxlayan 3 günlük PƏHRİZ
Modellərin dietası mütləq uğur gətirəcəkdir – göstərilən metodikanın adı bizə məhz bunu aşılayır. Belədir, ya yox, siz bunu praktikada tətbiq etməklə biləcəksiniz. Mir.Az dietalar.az-a istinadən “model” qidalanması planını təqdim edir. 3 günlük model dietası Bu dieta variantı üç gün çəkir və 2-4 kq çəki aparır. Göstərilən halda arıqlamanın əsas prinsipi qidanın günün birinci yarısında qəbul edilməsi və şam yeməyinin tamamilə olmamasıdır. Dieta menyusu Səhər yeməyi: ilıq bişirilmiş yumurta və bir stəkan şəkərsiz çay İkinci səhər yeməyi və nahar (3 saatlıq fasilə ilə): dənli kəsmik (hər porsun çəkisi 125 qr-dan artıq deyil) və şirin olmayan çay stəkanı. 14.00-15.00-dan sonra yemək olmaz, əvəzində maye qəbuluna heç bir məhdudiyyət qoyulmur. İstər qazsız, istərsə də şirin olmayan ot həlimləri içmək olar. Belə ki, dieta rasionun ciddi şəkildə məhdudlaşdırılmasını nəzərdə tutur, ondan göstərilən müddətdən artıq istifadə etmək olmaz. Və burda məsələ təkcə kasad menyuda deyil – 3 gündən sonra piyin əriməsi sürəti nəzərəçarpacaq dərəcədə aşağı düşür, belə ki, orqanizm qənaət rejiminə keçir. Bir qədər fasilədən sonra metodikanın, heç şübhəsiz ki, təkrar etmək olar, lakin buna aludə olmaq lazım deyil. Təklif edilən qidalanma planı uzun müddətli olması ilə fərqlənməsə də, yenə də mühüm qidalanma elementlərinin çatışmamazlığına gətirib çıxara bilər. Modellərin arıqlamaq üçün blits-dietaları Bu dieta variantı 3-4 gün üçün hesablanmışdır. Orta hesabla çəki itkisi 1-2 kq təşkil edir. Yaşıl çaydan əlavə qızdırılmış su içmək tövsiyə edilir. • Səhər yeməyi: ilıq bişirilmiş yumurta (2 əd.) və ya 50 qr. pörtlədilmiş ət, eləcə də şəffaf kərə yağı ilə tost, qaynar ot və şəkərsiz yaşıl çay • İkinci səhər yeməyi: şəkərsiz qaynar ot çayı və ya yaşıl çay • Nahar: yağsız ət və balıq növləri (qril və sobada hazırlamaq olar) – 100 qr., eləcə də paxla, yaşıl kahı yarpağı və zeytun yağından salat – 300 qr., istənilən meyvələrdən (1-2 əd.) və şəkərsiz qaynar ot və ya yaşıl çay • Qəlyanaltı: şəkərsiz qaynar ot və ya yaşıl çay • Şam yeməyi: yaşıl tərəvəzlərdən salat – 300 qr., iki ədəd tost və şəkərsiz qaynar ot və ya yaşıl çay • Yatmamışdan əvvəl: şəkərsiz qaynar ot və ya yaşıl çay Əvvəlki dieta variantında olduğu kimi uzun müddətə dietanı davam etdirmək lazım deyil – yaxşısı dietanı bir qədər fasilədən sonra təkrar etməkdir.
↧
↧
Sürətli kökəlmə proqramı
İstər bədən inkişaf etdirmək üçün, istərsə də yalnız normal görünmək üçün kilo almaq istəyirsinizsə edilməsi lazım olanları doğru və sağlam bir şəkildə, təbii yollarla etmək lazımdır. Bu gün çox tez kilo almaq istəyənlər üçün uyğun olacaq bir pəhriz proqramını sizlərlə bölüşəcəm. Sürətli kilo almaq və ya sürətli kilo vermək bir çox dietoloqlar tərəfindən tövsiyyə edilməsə də çox ehtiyacınız olduğunu düşünürsünüzsə bu sürətli kilo almaq pəhrizini sınaqdan keçirə bilərsiniz. Ümumiyyətlə idmançıların və bədən inkişaf etdirmə mütəxəssislərinin ağır məşqlərlə birlikdə istifadə etdiyi bir pəhriz olduğu üçün sizin də idmanla birlikdə bu pəhrizi tətbiqiniz yaxşı bir görünüşə də sahib olmanıza kömək edəcəkdir. Sürətli Kökəlmə proqramı Birinci Pay - Saat 07.00 Ən az bir stəkan yağsız süd Bir kasa yağsız və ya az yağlı qatıq Bir ədəd meyvə İkinci Pay - Saat 09.00 Bir böyük alma Az miqdarda zülal (protein) ehtiva edən bir qida maddəsi (yumurta ola bilər) Üçüncü Pay - Saat 12.00 2 ədəd qızartma toyuq sinəsi 1 boşqab düyü plovu 1 kasa yağsız və ya az yağlı qatıq Dördüncü Pay - Saat 15.00 Atıştırma olaraq yenə az miqdarda zülal ehtiva edən qidalar 1 ədəd banan Beşinci Pay - Saat 19.00 2-3 ədəd yağsız bifşteks 1 boşqab düyü plovu və yanında qaynadılmış kartof Altıncı Pay - Saat 22.00 Yatmazdan əvvəl bir banan ya da alma P.S. Sürətli bir şəkildə kilo almaq bəzilərimiz üçün çox əhəmiyyətli olsa da ən əhəmiyyətlisi sağlam bir şəkildə kilo ala bilməkdir, bunu unutmayın. Sağlamlıq hər şeyin başı və daha əhəmiyyətlidir.
↧
Arıqladan, yağları əridən detoks - RESEPT
Yay ayları yaxınlaşdıqca güzgü qarşısına keçənlərin çoxu xəyal qırıqlığına uğrayır. Üst geyimlərini çıxardıqdan sonra görünən görüntü, hətta bir çoxlarını depressiyaya salır. Qışdan yığılıb qalan artıq çəki, yağlar heç də ürəkaçan olmur. Lakin çıxış yolu var – detoks! Yaya hazırlıq məqsədilə bədəninizi sağlam arıqlatmaq və şişkinliklərdən xilas olmaq üçün detoks edə bilərsiniz. Yay fəslinə xoş əhval-ruhiyyə ilə keçmək istəyirsinizsə, arıqladan detokslardan istifadə edin. Yay yaxınlaşdıqca bədənimizin müqavimətini artırmaq, şişlərdən xilas olmaq və halsızlıqların qarşısını almaq üçün detoks ən doğru variantdır. 1. Yaşıl detoks 2 ədəd alma Kiçik ölçülü xiyar 1 ədəd kərəviz İstədiyiniz qədər ispanaq 1 stəkanı cəfəri, kahı və nanə qarışığı Hazırlanması: Alma, xiyar, kərəviz, ispanaq, cəfəri, kahı, nanəni meyvə şirəçəkənə yığın və ya sularını çıxarın. Əgər şirəçəkəniniz yoxdursa, alma, xiyar, kərəviz və ispanağın suyunu çıxarın, sonra blenderdən keçirin. Hər iki üsulla də bir az gözlədikdən sonra içə bilərsiniz. 2. Yaz meyvələri detoksu Bərabər miqdarda olacaq şəkildə Çobanyastığı çayı Banan Çiyələk Hazırlanması: Meyvələri sıyıq hala gələnə qədər blenderdan keçirin. Sonra üzərinə çobanyastığı çayını əlavə edin və qarışdırın. Soyuduqdan sonra içə bilərsiniz. 3. Turş detoks 1 limon 1 ədəd qreypfrut 1,5 litr su Hazırlanması: Limon və qreypfrutu dilimləyin, suya əlavə edin. Təxminən 4 saat gözlətdikdən sonra istədiyiniz kimi yeyə bilərsiniz. Zövqünüzə uyğun olaraq təzə nanə yarpaqları da əlavə edə bilərsiniz. 4. Rəngli detoks 1 ədəd limon 3 ədəd nar 5 yarpaq təzə nanə ½ litr su Hazırlanması: Əvvəlcə narların suyunu sıxın və suya əlavə edin. Sonra limonu dilimləyərək suya əlavə edin. Ən sonda isə nanə yarpaqlarını da suya əlavə edin və bir az qarışdırın. 5 saata qədər soyuducuda saxladıqdan sonra istədiyiniz kimi içə bilərsiniz. 5. Moruq detoksu 150 qram moruq 1 ədəd xiyar 1 ədəd alma 1 ədəd limon 1,5 litr su Hazırlanması: Limon, alma və xiyarı dilimləyin və suya atın. Sonra moruğu da suya əlavə edin. Hazırladığınız bu detoksu 4 saata qədər soyuducuda saxladıqdan sonra içə bilərsiniz. 6. Narıncı detoks 1 ədəd kök 1 ədəd portağal 1 armud 2 alma Hazırlanması: Bütün meyvə və tərəvəzləri kiçik halda doğradıqdan sonra blendera qoyun. Sıyıq halına gəldikdə stəkana tökün və için. 7. Qarışıq detoks 1 ədəd pomidor 1 kök 1 ədəd kərəviz 1 ədəd kivi 1 ədəd limon 1 ədəd xiyar 1 ədəd alma 5 ədəd çiyələk 6 ədəd qırmızı üzüm Hazırlanması: İlk olaraq limonu sıxın, daha sonra bütün meyvə və tərəvəzləri kəsərək blendera qoyun. Sıyıq formasını alanadək qarışdırın. Ən sonda limon suyunu da içinə əlavə edin, bir az daha qarışdırın. Hazırladıqdan sonra dərhal içə bilərsiniz.
↧
Arıqladan, yağları əridən detoks
Yay ayları yaxınlaşdıqca güzgü qarşısına keçənlərin çoxu xəyal qırıqlığına uğrayır. Üst geyimlərini çıxardıqdan sonra görünən görüntü, hətta bir çoxlarını depressiyaya salır. Qışdan yığılıb qalan artıq çəki, yağlar heç də ürəkaçan olmur. Lakin çıxış yolu var – detoks! Yaya hazırlıq məqsədilə bədəninizi sağlam arıqlatmaq və şişkinliklərdən xilas olmaq üçün detoks edə bilərsiniz. Yay fəslinə xoş əhval-ruhiyyə ilə keçmək istəyirsinizsə, arıqladan detokslardan istifadə edin. Yay yaxınlaşdıqca bədənimizin müqavimətini artırmaq, şişlərdən xilas olmaq və halsızlıqların qarşısını almaq üçün detoks ən doğru variantdır. Mir.Az sizə möcüzəvi 7 detoksun hazırlanma qaydasını təqdim edir. 1. Yaşıl detoks 2 ədəd alma Kiçik ölçülü xiyar 1 ədəd kərəviz İstədiyiniz qədər ispanaq 1 stəkanı cəfəri, kahı və nanə qarışığı Hazırlanması: Alma, xiyar, kərəviz, ispanaq, cəfəri, kahı, nanəni meyvə şirəçəkənə yığın və ya sularını çıxarın. Əgər şirəçəkəniniz yoxdursa, alma, xiyar, kərəviz və ispanağın suyunu çıxarın, sonra blenderdən keçirin. Hər iki üsulla də bir az gözlədikdən sonra içə bilərsiniz. 2. Yaz meyvələri detoksu Bərabər miqdarda olacaq şəkildə Çobanyastığı çayı Banan Çiyələk Hazırlanması: Meyvələri sıyıq hala gələnə qədər blenderdan keçirin. Sonra üzərinə çobanyastığı çayını əlavə edin və qarışdırın. Soyuduqdan sonra içə bilərsiniz. 3. Turş detoks 1 limon 1 ədəd qreypfrut 1,5 litr su Hazırlanması: Limon və qreypfrutu dilimləyin, suya əlavə edin. Təxminən 4 saat gözlətdikdən sonra istədiyiniz kimi yeyə bilərsiniz. Zövqünüzə uyğun olaraq təzə nanə yarpaqları da əlavə edə bilərsiniz. 4. Rəngli detoks 1 ədəd limon 3 ədəd nar 5 yarpaq təzə nanə ½ litr su Hazırlanması: Əvvəlcə narların suyunu sıxın və suya əlavə edin. Sonra limonu dilimləyərək suya əlavə edin. Ən sonda isə nanə yarpaqlarını da suya əlavə edin və bir az qarışdırın. 5 saata qədər soyuducuda saxladıqdan sonra istədiyiniz kimi içə bilərsiniz. 5. Moruq detoksu 150 qram moruq 1 ədəd xiyar 1 ədəd alma 1 ədəd limon 1,5 litr su Hazırlanması: Limon, alma və xiyarı dilimləyin və suya atın. Sonra moruğu da suya əlavə edin. Hazırladığınız bu detoksu 4 saata qədər soyuducuda saxladıqdan sonra içə bilərsiniz. 6. Narıncı detoks 1 ədəd kök 1 ədəd portağal 1 armud 2 alma Hazırlanması: Bütün meyvə və tərəvəzləri kiçik halda doğradıqdan sonra blendera qoyun. Sıyıq halına gəldikdə stəkana tökün və için. 7. Qarışıq detoks 1 ədəd pomidor 1 kök 1 ədəd kərəviz 1 ədəd kivi 1 ədəd limon 1 ədəd xiyar 1 ədəd alma 5 ədəd çiyələk 6 ədəd qırmızı üzüm Hazırlanması: İlk olaraq limonu sıxın, daha sonra bütün meyvə və tərəvəzləri kəsərək blendera qoyun. Sıyıq formasını alanadək qarışdırın. Ən sonda limon suyunu da içinə əlavə edin, bir az daha qarışdırın. Hazırladıqdan sonra dərhal içə bilərsiniz.
↧
Sürətlə arıqladan toxumlar
Son illər aparılan araşdırmalar xüsusilə, 4 bitkinin toxumunun arıqlamağa kömək etdiyini üzə çıxarıb. Çiya (Chia) toxumu Bu toxum liflərlə zəngindir. Ona görə də, maddələr mübadiləsini sürətləndirir. Çiya toxumu sağlam arıqlamağa kömək edir. Tərkibindəki omeqa 3 yağ turşuları orqanizmdəki zərərli yağları parçalayır və xolesterinin səviyyəsini aşağı salır. Çiya toxumunu salatlara, qatığa və ya kokteylərə qarışdırıb qəbul etmək olar. Kətan toxumu Kətan toxumu da zəngin lif qaynaqlarından biridir. Bu toxum qəbizliyin qarşısını alır, xolesterinin səviyyəsini aşağı salır. Araşdırmalar kətan toxumunda balıqdan daha çox omeqa 3 turşusu olduğunu göstərib. Kətan toxumunu da salat və qatıqla yemək mümkündür. Xardal toxumu Digər toxumlardan fərqli olaarq xardal toxumunu yeməklərdə də istifadə etmək olur. Balıq və ət yeməklərinə ləzzət verir. Xardal toxumu omeqa-3 turşusu, kalsium, lif, dəmir, maqnezium, fosfor, zülal və sinklə zəngindir. Günəbaxan tumu Günəbaxan tumunu demək olar ki, hamı sevir. Ancaq onun orqanizmə faydalı olması və sizi arıqlatması üçün duzsuz olanlarından yeməlisiniz. Çünki duzlu günəbaxan tumu arıqlatmaq əvəzinə suyun bədəninizdə yığılıb qalmasına və böyrəklərin yorulmasına səbəb ola bilər. Duzsuz günəbaxan tumu isə toxluq hissi verir, maddələr mübadiləsini sürətləndirir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır. Gündə iki xörək qaşığı günəbaxan tumu yeməyiniz kifayətdir.
↧
↧
Qısa zamanda arıqladan detoks içkisi
Detoks içkisi ertəsi gün üçün gecədən hazırlanır. Bu sayədə maddələr suya daha yaxşı işləyəcək və faydası artacaq. Bu içki gün boyu qəbul edilə bilər. Hər pəhrizdə qeyd etdiyimiz kimi burda da mütləq bir həkimə və ya diyetoloqla məsləhətləşməyiniz tövsiyyə olunur: Tərkibi: 1 lt su 1 dənə limon (dilimlənmiş) 10 dənə təzə nanə yarpağı 1 dənə xiyar (dilimlənmiş) Hazırlanması: Bir litr suyu qapaqlı bir dolçaya doldurun, dilimlənmiş limonu, xiyarları və nanə yarpaqlarını əlavə edin. Qapağını möhkəmcə bağlanın. İstəsəniz soyuducuda, istəsəniz otaq istiliyində saxlayın. Gün ərzində qəbul edin.
↧
2 ayda 20 kilo arıqladan pəhriz
Hər qadının mütləq arıqlaması lazım olan bir neçə kilosu vardır. Ancaq bu pəhriz 20 kiloqramdan yuxarı arıqlamaq istəyən kəslər üçündür: Sabah saat 09.00 1 çay qaşığı bal, cem 1 dilim pendir 2 incə dilim çörək Pomidor, xiyar saat 11.00 1 boşqab meyvə Nahar saat: 13.00 3 boşqab ət (Qırmızı ət 90 q, ağ et 180 – 150 qr.) 1 su stəkanı ayran 2 incə dilim çörək Salat (istənildiyi qədər) saat 16.00 2 boşqab meyvə + 2 ədəd kraker ( suxari) Axşam saat 19.00 8 qaşıq tərəvəz yeməyi (Susuz) Yarım su stəkanı qatıq 1 kasa şorba = 2 yemək qaşığı plov = 2 yemək qaşığı makaron 2 incə dilim çörək Istənildiyi qədər salat saat 21.00 2 boşqab meyvə + 1 su stəkanı şəkərsiz süd Və sonda çox vacib bir qeyd: İstənilən pəhrizi, xüsusən buc ür yüksək kilo itkisi vəd edən pəhrizləri sınaqdan keçirməmişdən öncə müdləq həkimə və ya diyetoloqlara müraciət edin!!!
↧
Arıqlamaq istəyənlərin nəzərinə: Çörəyi rasiondan çıxarmaq...
Artıq çəki problemindən əziyyət çəkənlərin sayı artdıqca müxtəlif üsullarla möcüzəvi arıqlama üsulları vəd edən dietoloqlara müraciət edənlərin də sayı artır. Bu isə bazarda dietik məhsullara, qidalara, çaylara olan tələbatı artırıb. Əvvəllər mağazaların piştaxtasına yığılıb qalan dietik suxarıların üzünə belə baxan yox idisə, indi arıqlamaq arzusunda olan alıcılar bu məhsulu mağazaların vitrinlərindən əl-əl axtarırlar. Qreypfrut adlı arıqladıcı təsirə malik subtropik meyvəni əvvəllər tanımayanlar belə, indi bazarda bu meyvəni soraqlayaraq alırlar. Elə götürək arıqladıcı təsirə malik çayları. İndi satışda müxtəlif firmaların istehsalı olan arıqladıcı təsirə malik çaylara tələbat böyükdür. Form çaylarının qiyməti isə 2 manat 50 qəpikdən 6-7 manatadək dəyişir. Qeyd edək ki, satışda artıq çəkidən xilas olmaq üçün dietoloqların tövsiyə etdiyi məmulatların çoxu idxal məhsullarıdır. Onların nə dərəcədə keyfiyyətli olması, sağlamlığa təsiri geniş araşdırma mövzusudur. İkinci məqam isə bu məhsulların qiymətinin kifayət qədər baha olmasıdır. Apardığımız araşdırma zamanı bəlli oldu ki, dieta saxlayaraq az yemək heç də çox yeməkdən ucuz başa gəlmir. Əksinə, dieta saxlayanlar dietik məhsullara gündəlik az qala bir ətək pul xərcləyirlər. Müxtəlif dietoloqların tövsiyəsi ilə çörəyi, şəkəri gündəlik qida rasionundan çıxardanlar bu qidaların daha az kalorisini mənimsəmək üçün bir neçə adda ərzaq məhsulu almalı olurlar. Çörəyi qida rasionundan çıxardanlar hazırda daha çox satışda "xlebsı” kimi təqdim olunan dietik suxarılar alırlar ki, onların da bir qutusunun qiyməti 95 qəpik-1 manat arasında dəyişir. Çörək əvəzi şabalıddan, orqanizmin zəifləməməsi üçün badamdan, şirniyyat əvəzi şəkəri olmayan keks və digər şirniyyatlardan istifadə edənlər bir günə bu məhsullara ən azından 5-7 manat pul xərcləməli olur. Dieta saxlayan xanımlar bəzən bu xərcin gündəlik 10 manata çatdığını da söyləyirlər. 7 aydan çoxdur ki, dieta saxlayan Təranə Bağırova deyir ki, dietoloqun proqramı əsasında qəbul etdiyi qidalar heç də ona ucuz başa gəlmir: "Camaat elə bilir ki, arıqlamaq ucuz başa gəlir. Daha demirlər ki, arıqlamaq kökəlməkdən bahadır. Elə götürək ən ucuzu olan çörəyi... Tutaq ki, 30 qəpiyə bir çörək bir nəfərə bəs edirdisə, dieta saxlayan insan çörəyi dietik suxarı, yaxud qara çörəklə əvəzləməlidir. Bunların da qiyməti 60-95 qəpik arasında dəyişir. Bir günə də ən az yesən, 1 qutu dietik suxarı ancaq bəs edir. Gündə ən azı iki litr təmizlənmiş su içmək lazımdır ki, bir litr su 50-60 qəpikdir. Bundan əlavə hər gün tərəvəzlərdən xiyar, pomidor, ağ kələm, göyərti almağa ən azı 5 manat pul tələb olunur. Üstəlik göy alma, qreypfrut alsan, gərək gündə ən azı 10 manat xərcləyəsən. Çünki həkim də deyir ki, ac qalmaqla arıqlamaq olmaz. Dietik, şəkərsiz şirniyyatlar da çox bahadır. Müəyyən qədər balıq, toyuq, ağartı üçün pul xərcləyəndə görürsən ki, arıqlamaq kökəlməkdən baha başa gəlir. Bunun üzərinə ot çaylarının da qiymətini əlavə edəndə xərc daha da artır”. Dırnaqarası dietoloqların tövsiyəsinə nöqtə, vergülünə qədər əməl edənlər isə bəzən onların arıqlama reseptlərini öz üzərlərində testdən keçirməklə həm ciblərinə, həm də sağlamlıqlarına ciddi ziyan vurmuş olurlar. Məşhur dietoloq Tutu Zeynalova movqe.az-a açıqlamasında hazırda stilist-vizajistlərin də dietoloq kimi arıqlama proqramları hazırladıqlarından, bunun təhlükəsindən söz açıb: "Sosial şəbəkələrdə rastlaşmışam ki, stilist-vizajistlər belə, arıqladıcı proqramlar hazırlayırlar. Belə dırnaqarası dietoloqların qeyri-peşəkarcasına hazırladığı dieta proqramlarından istifadə edənlər isə özləri də düşünmədən sağlamlıqlarına ciddi ziyan vurmuş olurlar”. Həmsöhbətimiz deyir ki, ilk növbədə dietik proqram hazırlayan şəxs mütləq həkim olmalı, onun bu sahə üzrə təhsili olmalıdır. Eyni zamanda həmin şəxs hansı ərzağın hansı məhsuldan bir qədər az kalorili olduğunu, daha çox kalorili qidanı qida rasionundan çıxardarkən onu bir qədər az kalorili olanı ilə əvəz eləmək qabiliyyətində olmalıdır. Bunun üçün isə qidaların tərkibini, kalorisini mütləq bilməlidir. T. Zeynalova insanı möcüzəvi şəkildə arıqladan qidanın olmadığını söyləyir: "Bunu kim deyirsə, bu fikir absurddur. Həmçinin insan birdən-birə çox çəki itirə bilməz. Normalda insan bir həftədə 0,5-1 kiloqram çəki itirə bilər. Bu çəki isə insan orqanizmindəki su və əzələ kütləsindən yox, yağdan itirilməlidir. Əgər itirilən çəki yağdan getmirsə, bu, öd xəstəliyinə, öddə daşın yaranmasına belə, gətirib çıxarda bilər. Çünki belə olduqda bədəndə yağ mübadiləsi pozulur, öddə daşların formalaşmasına zəmin yaranır”. T. Zeynalova sürətlə arıqlamağın təkcə ödə yox, eləcə də ürəyin də zəifləməsinə gətirib çıxartdığını bildirir: "Bəzən öz işini peşəkarcasına bilməyənlər yağsız məhsulları, yəni "light ürünlər”i məsləhət görür və bunun arıqlamağa möcüzəvi təsirinin olduğuna pasiyenti inandırırlar. Amma insan tamamilə yağsız qidaya yox, yağı azaldılmış qidalara üstünlük verməlidir”. Həmsöhbətimiz deyir ki, insan sürətlə arıqladıqda, itirilmiş çəki tezliklə geri qayıdır. Dietoloq form çayları ilə arıqlama məsələsinə də toxunub. Onun sözlərinə görə, bitki tərkibli çayları artıq çəkidən xilas olmaq üçün istifadə etmək tamamilə yanlışdır: "Qeyd edim ki, form çaylarını mütəmadi qəbul etmək olmaz. Bəzən dietoloqlar bu cür çayları arıqlamaq üçün tövsiyə edirlər. Amma nəzərə almaq lazımdır ki, bu cür bitki tərkibli çaylar əsasən bağırsaqişlədici funksiyaya malikdir. Bu çayların tərkibində "sena” adlı bitki var ki, o bitki bağırsağı işlədir. Beləcə, insan orqanizmi o çayları qəbul edərkən çoxlu su kütləsi itirir. Bizim yediyimiz qidaların tərkibindəki vitamin isə orqanizmə bağırsaq vasitəsilə sovrulur. Bu çayları qəbul etdikdə bağırsaq tez-tez işlədiyindən o vitaminlər orqanizmdə mənimsənilməmiş xaric olur. Bu da az keçmir ki, saçın tökülməsinə, vitamin çatışmazlığına səbəb olur. Həmçinin bu çaylar bağırsağı tənbəl öyrədir, asılılığa yol açır. Çayı qəbul etmədikdə bağırsaq ləng işləyir, qəbzlik yaranır. Ona görə də mən bu cür çaylardan məhz çəki itirmək üçün istifadəni məqbul saymıram”. T. Zeynalovanın sözlərinə görə, birdən-birə kalorini azaltmaq düzgün deyil. Bu zaman metobalizm zəifləyir, immun sistemi aşağı düşür. Həmsöhbətimiz axşam saat 6-dan sonra ümumiyyətlə, yemək yeməməyin də səhv olduğu fikrindədir: “Arıqlamaq üçün çörəyi tamamilə qida rasionundan çıxartmaq yolverilməzdir. Gündə üst-üstə 5 dilim çörək yemək olar. Amma çalışmaq lazımdır ki, kalorisi bir qədər az olan çörəkdən istifadə edilsin. Yaxud da o kalorini orqanizmə verən qidalar digər az kalorili qidalarla əvəzlənməlidir. Məsələn, 3 xörək qaşığı qarabaşaq 1 dilim çörəyə bərabərdir. Yaxud da 4 şabalıd yeyən insan 1 dilim çörək yemiş sayılır. Ona görə də dietik reseptləri qidaların tərkibini bilən mütəxəssislər hazırlamalıdır ki, qida rasionundan birini çıxartdıqda onu qismən əvəzləyən qida tövsiyə etsin. Yaxud da bilsin ki, əgər insan bir gündə 1 stəkan popkorn yeyibsə, bu, bir dilim çörəyə bərabərdir. Unutmaq olmaz ki, gündəlik enerji ehtiyacımızın 55 faizini karbohidratlardan, yəni çörəkdən alırıq. Çörəyi tamamilə gündəlik qida rasionundan çıxartmaq sinir sistemi xəstəliklərinə və sair fəsadlara yol aça bilər. Yəni çörəkdə hansı qidalar varsa, dieta zamanı onun alternativi tövsiyə olunmalıdır ki, orqanizmin karbohidrata olan tələbatı ödənilsin”. T. Zeynalovanın sözlərinə görə, ümumiyyətlə, istənilən pasiyentin arıqlamasını təmin etmək üçün ilk növbədə onun piylənməsinə səbəb olan faktı taparaq aradan qaldırmaq lazımdır. Eyni zamanda həmsöhbətimiz gün ərzində 1,5 saat açıq havada gəzişməyin vacib olduğunu söyləyir.
↧
Yeyərək arıqlayın - 8 MÖCÜZƏVİ QİDA
Detoks bədəni toksinlərdən təmizləməyə kömək olur. Yayda tətil günlərində çəkinizə nəzarəti itirdikdə və ya spirtli içkilərdən sonra detoks ən yaxşı vasitədir. Kələm Kələm yüksək kortizol səviyyəsinin dəridə meydana gətirdiyi problemlərlə və qırışlarla mübarizə apara bilən bir qidadır. Kələm kimi antiinflamatuar xüsusiyyəti olan, A, E, C vitamini ilə zəngin qidalar kortizol səviyyəsini salmaqda müsbət təsirlərə malikdir. Eyni zamanda, göz ətrafı qırışları da azaldır. Bənövşəyi kələm yaşıla nisbətən 6-8 qat daha çox C vitamini ehtiva edir. Şüyüd Zəif qan dövranı saç tökülməsindən tutmuş dəri tündləşməsinə qədər bir çox sağlamlıq probleminə səbəb olur. Şüyüd toxumalarda sürətli qan dövranını təmin edir və dərini təmizləyir. Qırmızı qan hüceyrələrinin bədən və dəriyə daha çox oksigen daşımasını təmin edir. Dəmir tərkibli qidadır. Bundan başqa, dərinin qurumasının qarşısını almağa kömək edir, kalsium və yod baxımından da zəngindir. Çuğundur Çuğundur solğun gözlərə parlaqlıq gətirir və limfa sistemini canlandırır. Çuğundur yüksək dəmir ehtiva edir. Tərkibində, eyni zamanda, qaraciyər və limfa sağlamlığını dəstəkləyən antioksidan olan betasiyanin var. Çuğundur qan hüceyrələrini və bədəni gözə gedən kapilyar damarlarda olan toksinlərdən təmizləyən təbii bir qidadır. Qanda oksigen daşıma qabiliyyətini 400% artırır. Keşniş Antisellülit təsiriylə yağ hüceyrələrini böyüdür, sellüliti artıran ağır metalların bədəndən xaric edilməsinə kömək olur. Yulaf Yüksək lif tərkibiylə sellülitlə mübarizə aparan qidadır. Lif yağ hüceyrələrində ortaya çıxan toksinlərin təmizlənməsi və yox edilməsinə kömək olur. Bunun sayəsində bədəndə yenidən dövriyyəyə qatılıb sellülitə çevrilməsinə maneə törədir. Təbii və işlənməmiş olmalıdır. Narıncılar Dəridə kollagen meydana gətirən və sellülitin qarşısını alan C vitamini qaynağı qidalardır. Mədə narahatlığınız yoxdursa, sitrus bitkilərini ac qarına yeyin. Qoz Dərinizin daha yumşaq və gözəl olmasına kömək edən bir gözəllik qidasıdır. Hüceyrə membranını oksidativ zərərlərə qarşı gücləndirən və oynaqları sakitləşdirən təsiri var. Tərkibində olan Omega 3 dərini möhkəmləndirir və daha elastik edir. Qoz kimi gözəllik yağları yaşla bağlı ləkələri, dəridə sallanmaları, saçdakı nazikləşmənin qarşısını alır. Qozu tək halda və yemək, salat, şirniyyatlarınızda istifadə edə bilərsiniz. Ağ tum Zərərlərə yol açan sərbəst radikallardan təmizlənməyə kömək edir. Yaşlılıq ləkələrini aradan qaldırmaq və onların yaranmasının qarşısını almaq gücünə malik olan E vitamini ilə zəngindir.
↧
↧
5 qaşıq dieti
Arıqlamaq üçün ilk əvvəl yediyimiz qidaların kalori dəyərinə, daha sonra miqdarına əhəmiyyət vermək lazımdır. Bunun üçün ilk edilməli olan orqanizmin tələbatını azaltmaqdır. Orqanizm nə qədər az yemək tələb edərsə, o qədər az qida qəbul edilər və nəticədə orqanizmin ehtiyacından artıq kalori qəbul etməmiş olarıq. Bu üsulla arıqlamaq istəyənlər üçün “5 qaşıq dieti” unikal seçimdir. Bu dietlə gün ərzində 3 saatdan bir sadəcə 5 qaşıq(xörək qaşığı) olması şərtilə arıqlamaq mümkündür. Mir.Az sözügedən dietin qaydasını sizlərlə paylaşır. Qeyd: Hamilələr, süd verən analar, xroniki xəstəlikləri olanlar üçün münasib deyildir. Pəhrizdən əvvəl həkiminizlə məsləhətləşin. 5 qaşıq dietinin qaydaları - Hər yemək yedikdə boşqabınıza 5 qaşıqdan artıq yemək çəkməyin. - Yemək arası məsafə 3 saatdan az olmamalıdır. - Əgər ilk iki qaydaya riayət etdinizsə, yatmamışdan 3 saat əvvəl də yeyə bilərsiniz. - Menu istənilən qidalardan(bəziləri istisna) ibarət ola bilər. - Qazlı, şəkərli meyvə sularından qətiyyən istifadə etməyin. - Çay, kofe və adi su məhdudiyyət qoyulmadan istifadə edilə bilər. - Turşu və souslardan, eyni zamanda duzlu və ədviyyatlı qidalardan imtina etməlisiniz. - Qızardılmış qidalardan, eyni zamanda yarımfabrikad məhsullarından istifadə etmək olmaz. - Eyni zamanda buxarda bişirilmiş qidalardan da istifadə edə bilərsiniz. - Şirniyyatlar, şokalad insanı uzun müddət tox saxlamır və tez aclıq hissinin yaranmasına səbəb olur. Ona görə bu dietdə bele qidalardan mümkün qədər az istifadə edilməlidir. - Paxlalı bitkilər, taxıl bitkiləri, nişastalı olmayan tərəvəzlər az şəkərli meyvələr daha uzun müddət sizi tox saxlayacaqdır. - Yağ bütün orqanizmə vacib olan bir qida olduğu üçün yaşıl salatlarınıza zeytun ya da kətan toxumu yağı əlavə etməyi unutmayın. Bu yağ nəticəsində özünüzü 3 saat müddətində daha yaxşı hiss edəcək və aclıq hiss etməyəcəksiniz. - İstifadə edilən yağların mənşəyi və tərkibinə diqqət edin. Trans, hidrogenləşdirilmiş yağlardan istifadə etməyin. - Yumurta xüsusən də yumurta ağı zülalla zəngindir. Yumurta 45 dəqiqəyə həzm olunur. Səhər yeməyində yediyiniz yumurta, yulaflı sıyığa nisbətən daha uzun müddət özünüzü tox hiss etməyinizə səbəb olacaqdır. - Gün ərzində adi su içməyi unutmayın. Nümunə üçün menu: 08:00 - Meyvəli yulaf sıyığı, kərə yağı (kiçik parça), kakao 11:00 - 1 banan və yaxud 1 pomidor 14:00 - qaynadılmış ət və ya buxarda bişmiş toyuğun döş əti 17:00 - zeytun yağı və kətan toxumu yağı ilə hazırlanmış yaşıl salat 20:00 - kəsmik 23:00 - kefir
↧
Qarındakı piyləri əridən effektli içki
Zəncəfil kökü ilə qıtıqotu qarında yığılmış piylərin bir nömrəli düşmənidir. Bu iki bitkinin uzun illər arıqlaya bilməyənlər üçün çox təsirlidir. Məsələ ondadır ki, bu içki orqanizmi təbii yolla stimullaşdırır, güclü siropun sayəsində hüceyrələrdə yığılmış artıq su orqanizmdən xaric olur və piylər sürətlə əriyir. İnqrediyentlər: 125 qram təzə döyülmüş qıtıqotu 4 limon 3 çay qaşığı bal 2 çay qaşığı darçın 1 xörək qaşığı üyüdülmüş zəncəfil kökü Hazırlanması: Qıtıqotu ilə zəncəfil kökünü blenderdən keçirin. Üzərinə limon suyu və darçın əlavə edin. Sonda balı töküb bütün inqrediyentləri yaxşıca qarışdırın. Hazır olan vasitəni soyuducuda saxlayın. Siropu 21 gün ərzində gündə 2 dəfə 2 xörək qaşığı olmaqla yeməkdən qabaq və ya məşqdən əvvəl qəbul edin. Pəhriz müddəti bitdikdən sonra bir həftə fasilə edib proseduru sonra yenidən davam etmək mümkündür. Yadda saxlayın ki, 21 gün ərzində çörəkdən istifadə qəti qadağandır.
↧
Süd və yaşıl çay: 1 günə 1 kq - əla nəticə!
Baxımlı və formada qalmaq hər bir xanımın arzusudur. Həmişə formada qalmaq çətin olduğu üçün ara-sıra müxtəlif diyetalardan istifadə edirik. Çünki əsasən də bayram günləri, ad günlərindən sonra az da olsa artıq çəki özünü biruzə verməyə başlayır. İnternetdə bir çox diyetalar haqqında oxumuşdum və hətta bəzilərini saxlamışdım. Düzdü effektləri az da olsa, nəticə bir müddətdən sonra itirdi. Həm də hövsələsiz biri olduğum üçün uzunmüddətli diyetalar saxlamağı bacarmıram. Bir dəfə internetdə çox sadə 1 günlük diyeta haqqında oxudum. Qayda: 1 litr az yağlılığı olan südə 2 xörək qaşığı yaşıl çay əlavə edib qaynadırıq (məhz pəhriz üçün nəzərdə tutulmuş 0, 1 % yağlılıq dərəcəsi olan süd). 2. Bütün gün ərzində ancaq bu yaşıl çayla qaynadılmış südü içməliyik. 3. Əlavə olaraq yalnız 2 litr adi qaynanmış su içmək olar (başqa heçnə). Qeyd etdiyim məmulatları yazdığım kimi hazırladım və gün ərzində qəbul etdim. Səhər yuxudan duran kimi nəticəni görmək üçün tərəziyə qalxdım və - 950 qr. Məncə 1 gün üçün çox əla nəticədir. Düzdü günün sonuna yaxın insan özündə biraz halsızlıq hiss edir. Amma məncə 1 gün dözmək olar:) Artıq bir neçə müddətdir ki, bu 1 günlük diyetaya həftədə 5 gündən bir riayət edirəm. Nəticədə özünü çox yaxşı göstərir. Məncə bu cür 2 aya 5-6 kq arıqlamaq olar (uzunmüddətli və əzabverici diyetalar tutmadan). Sözsüz ki gündəlik qida rasionumuzu da azaltmalıyıq. Bir neçə vacib məsələni qeyd etmək istəyirəm: 1. Böyrəyində problem olan xanımlar bu diyetanı tutmamaqları məsləhətlidir. Çünki gün ərzində ancaq maye qəbul etdikdə böyrəklərin normadan çox yüklənir. 2. Bu diyetanı davamlı olaraq dalbadal 2 gündən artıq tutmaq qəti olmaz! Məncə təcili və qısa zamanda arıqlamaq istəyənlər üçün asan bir yoldur. Məsələn, 1 gündən sonra toya gedəcəksinizsə, çox cüzi çəki itirməyə və yüngülləşmənizə ehtiyac varsa bu diyeta sizə kömək olacaq.
↧
12 gün pəhrizi - düzdür bu pəhrizlə 10 kq arıqlamaq olar, amma nəyin bahasına?!
“12 gün” pəhrizi haqqında internetdə oxudum və mənə o qədər də çətin gəlmədi. Üstəlik internetdə qızlar bu pəhrizlə 10-12 kq arıqladığını və razı qaldığını yazırdılar. Mənə o qədər çox arıqlamaq lazım olmasa da yenə də bu pəhrizi saxlamağı qərara aldım. Menyu: 1-ci gün – 1 litr maksimum yağlılıq dərəcəsi 2,5% olan süd 2-ci gün – Təxminən 1 kq portağal və yaxud qreypfrut 3-cü gün – 500 qr yağsız kəsmik 4-cü gün – pörtlədilmiş, öz suyunda bişirilmiş yunan qabağı (kabaçok) 5-ci gün – 100-150 qr tünd qara şokolad 6-cı gün – 1 kq yaşıl alma 7-ci gün – 300 qr bərk və yağlılığı az olan pendir 8-ci gün – tərəvəz salatı və 1 litr duzsuz tomat soku 9-cu gün – 400 qr suda bişmiş mal əti 10-cu gün – tərəvəz salatı 11-ci gün –500 qr yağsız kəsmik 12-ci gün – 1 kq təzə gavalı və yaxud 500 qr qara gavalı Bu gündəlik inqredientlərdən əlavə gün ərzində 2 litr su içmək lazımdır. Son qida qəbulu yatmamışdan minimum 3 saat qabaq olmalıdır. Açığı birinci gün mənə elə də çətin gəlmədi. Çünki monodiyetalara öyrəşmişəm. 2-ci gün də elə bir çətinlik olmadı, amma artıq axşama doğru başım gicəllənməyə, fırlanmağa başladı, nəfəsim də sanki çatmırdı. Amma birtəhər yatıb, fikirləşdim ki, səhər, yəni 3-cü gün kəsmik yeyərəm keçər. Halbuki keçmirdi və özümü çox halsız hiss edirdim. Yəqin ki hər bir orqanizm fərqli olduğu üçün hərə bu tip pəhrizlərə fərqli-fərqli dözümlülük göstərir. Mənə şəxsən bu pəhriz çox çətin gəldi. 3 günə 2,5 kq arıqlasam da, sonradan bu çəki tez bir zamanda qayıtdı. Əziyyətim də hədər getdi. Xanımlardan kimsə “12 gün” pəhrizini saxlamaq istəsə bu cür əks təsirləri nəzərə alsın.
↧
↧
Gəlin Pəhrizi
Biz xanımların ən əhəmiyyət verdiyi günlərdən biridir gəlin olduğumuz gün. O, xüsusi gündən aylar əvvəl hazırlıq və təlaş başlayır. Dəli kimi baxım edərik , kilomuza diqqət edirik. Çox kilolardan dərtliysək ,dərhal kilo vermək üçün böyük bir səy içərisinə girərik. Gün yaxınlaşdıqca stress başlar. İndi sizlərlə həm stressdən xilas olacağınız həm də asanca formaya girəcəyiniz bir pəhriz paylaşacağam. Səhər oyanınca 1 saat içində nahar etməlisiniz. Nahardan əvvəl • 1 su stəkanı ilıq su • 1 su stəkanı qədər daha soyuq su Səhər • 1 su stəkanı süd • 1 dilim pendir • 1 dilim çörək • Bol yaşıllıq və çiy tərəvəz Ara pay • 1 ədəd qabıqlı alma Günorta • 1 ovucunuzun böyüklüyü qədər ızgara və ya qaynadılmış ət • 1 ovucunuzun dolusu makaron və ya yarma plovu • Qatıq və ya ayran • Limitsiz salat ( az zeytunyağı əlavəli ) Ara pay • 1 - 2 ədəd təzə meyvə • 1 ovuc yağlı quruya bilmiş (fındıq , fıstıq , badam , qoz) Axşam • 1 qab tərəvəz yeməyi • 3-4 yemək qaşığı qaynadılmış buğda • 1 su stəkanı qatıq • Bol salat ( az zeytunyağı əlavəli )
↧
5 dəqiqə ərzində hazırlanır, 5 gün ərzində içilir və siz 5 kiloqram itirirsiniz
Həddən artıq çəki orqanizmdə piy anbarının üstələməsi ilə bağlıdır. Köklük böyrək, ürək, qaraciyər, ya da oynaqların kimi, orqanizmdə müəyyən orqanlar ciddi ziyan vura bilər, bud və diz də bundan zərər çəkə bilər. Kök olmaqsizin ümumi səhhətinizə real təhlükədir. Artıq çəkisi olan insanlar yüksək qan təzyiqi, şəkərli diabet, öd funksiyasının pozğunluğu, ürək xəstəlikləri və s. podaqra düşmək təhlükəsi çoxdur. Mir.Az artıq çəkini azaltmaq üçün sizə kömək edəcək sadə resept təqdim edir. İnqrediyentlər: Su – 3 lt 1 limon 60 qram cəfəri Hazırlanması: Birincisi, kiçik-kiçik doğranmış cəfərini, şirəsi sıxılmış limonla qarışdırın, sonra onların üzərinə su tökün və blenderden keçirin. Qəbul qaydası: Siz 5 gün ərzində acqarına bu içkini qəbul edin. Bundan sonra siz 10 gün fasilə etməlisiniz. Əgər siz yenidən etmək istəsəniz 10 gündən sonra eyni qaydada başlaya bilərsiniz. Bu içkidəki minerallar və vitaminlər sizin bütün orqanizmi təmin edir və piylərin yanması prosesini daha da artırır. Cəfəri bədəndən artıq mayenin çıxarılması prosesində faydalıdır və həmçinin həzm prosesini yaxşılaşdırır, beləliklə meteorizmi aradan qaldırır.
↧
Arıqlamağa kömək edən 7 QİDA
Arıqlamağa cəhd göstərən insanlar bilir ki, bu heç də asan iş deyil. Diyetoloqlar xəbərdarlıq edir ki, aclıq bu işdə ən pis köməkçidir. Aclıq zamanı orqanizm qənaət rejiminə keçir ki, orqanizmdə gedən mübadilə prosesləri ləngiyir və insan daha asta arıqlayır. Digər tərəfdən aclıq zamanı orqanizmdə xüsusi qoruyucu mexanizm işə salınır ki, pəhriz qurtardıqdan sonra orqanizm sürətlə ehtiyatları yığmağa başlayır ki, bu da pəhriz zamanı itirilmiş kiloların artıqlamasılə qayıtmasına səbəb olur. Beləliklə, arıqlamaq istəyirsinizsə, ac qalmayın. Düzgün seçilmiş qidalar sizə həm arıqlamağa, həm də özünü tox hiss etməyə kömək edəcək. Bu qidalar arasında: 1. Yumurta Səhər yeməyi zamanı yumurta yeyən insanlar daha uzun müddət ərzində tox qalır. Təbii ki, arıqlamaq istəyənlər yumurtanı qızardılmış halda deyil, bişmiş halda yeməlidir. 2. Toyuq əti Yağsız toyuq əti də arıqlamaq istəyənlər üçün əla seçimdir. Zülallarla zəngin olan toyuq əti tez toxluq hissi yaradır və insanı uzun müddət ərzində tox saxlayır. 3. Yulaf yarması ("gerkules") Bu faydalı məhsul da arıqlamağa çox yaxşı kömək edir. Hər səhər 1 boşqab "gerkules" yeyin. Sıyığın dadını yaxşılaşdırmaq və həmçinin faydasını artırmaq üçün ona kişmiş, xırda doğranmış ərik qurusu, istənilən giləmeyvələri və s. əlavə edə bilərsiniz. 1 boşqab belə sıyıq həm insanı tox saxlayır, həm də orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar və s.) təmizləyir ki, bu da arıqlamağa kömək edir. Təbii ki, sıyığa yağ və şəkər tozu əlavə olunmur. 4. Tərəvəz salatları Tərəvəzlərdə kalorilər azdır, lakin qidalı liflər çoxdur. Bu isə toxluq hissinin tez yaradılmasına və eyni zamanda arıqlamağa kömək edir. 5. Lobya, noxud, mərci Qidalı liflərlə və zülallarla zəngin olan paxlalılar azkalorilidir, tez toxluq hissi yaradır və arıqlamağa kömək edir. 6. Meyvələr Arıqlayanlayanlar üçün ən yaxşı meyvələr seçimi: turş alma, armud, portağal, ananas, naringi, qarpız, albalı, çiyələk, moruq. 7. Su Maraqlıdır ki, insanın beyni susuzluğa və aclığa eyni siqnal verir. Bu səbəbdən susuz insan fikirləşir ki, acdır və yemək yeyir. Beləliklə, aclıq hiss edirsinizsə, belə bir sadə eksperiment aparın - böyük stəkan su için. Əgər bundan sonra aclıq hissi yox olubsa, deməli siz düz yoldasınız. Aclıq hissi 10-20 dəqiqədən sonra qalıbsa, yemək yeyin. Artıq çəkidən azad olmaq istəyən insan gün ərzində 8 stəkan təmiz su içməlidir. Su orqanizmi təmizləyir, mübadilə proseslərini və arıqlamağı sürətləndirir.
↧