Quantcast
Channel: Pəhriz - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 106

Arıqlamaq istəyənlər üçün MÜKƏMMƏL QİDA

$
0
0
Arıqlamaq üçün yeyilən qidalara başçılıq edən kefir bir çox məlum olmayan xüsusiyyətlərə də malikdir. Mir.Az kefirin bilmədiyiniz faydalarını sadalayır. Bağırsaqdakı tarazlığın pozulması çox sayda xəstəliyə səbəb olur. Kifayət qədər yeyilən, insan və heyvan sağlamlığına müsbət mənada təsir edən mikroorqanizmlərə probiotik deyilir. Bir qaşıq kefirdə 70-100 milyon arası probiotik bakteriyaları var. Yetkin bir insan bağırsağında 100 trilyon (1, 5 kq) faydalı bakteriya və göbələk var. Faydalı bağırsaq mikrobları (probiotiklər) bir çox faydaları ilə yanaşı, xarici mühitdən gələn zəhərli maddələrin qana keçməsinə mane olan bağırsaq təbəqəsi yaradır. Bağırsaqdakı sağlam mikrob tarazlığının zərərli mikrobla əvəzlənməsi, yəni bağırsaqdakı mükəmməl tarazlığın pozulması çox sayda xəstəliyə yol açır. Kefir xüsusən uşaqlar, hamiləlik, süd əmmə və yaşlılıq dövründə mütləq yeyilməlidir. Müxtəlif xəstəliklər və antibiotik dərmanların istifadə edilməsi bağırsaqdakı yararlı bakteriyaların yaşamasına mane olur və faydalı bakteriyaların yox olmasına səbəb olur. Belə vəziyyətlərdə probiotik bakteriya tərkibli, ya da probiotik bakteriya istehsalına dəstək olan qidaların qəbul edilməsi lazımdır. Bunların başında isə qıcqırdılmış süd tərkibli kefir gəlir. Kefir rahatlandırıcı və yumşaq turş dada malik süd tərkibli qidadır. Kefir təbii məhsuldur. İstehsalında hər hansı qatqı maddəsi yoxdur. Kefir hər yaş dövrü üçün qəbul edilən qidadır. Bir yaşından tutmuş, qoca yaşlaradək hamı kefir içə bilər. Bədən üçün lazım olan karbohidratlar, zülal, yağ, vitamin və minerallar kimi bir çox qida elementi kefirdə mövcuddur. Hər gün bu qida elementlərindən qəbul etmək məcburiyyətindəyik. Kefir xüsusən də uşaqlar, hamilə və südəmər qadınlar, yaşlılar üçün bədənin ehtiyacını ödəyə biləcək mükəmməl bir qidadır. Tərkibindəki kalsium uşaqlarda sümük və dişlərin inkişafı və qorunması üçün faydalıdır. Südəmər anaların süd artımını təmin edir. Bundan başqa, uşaqlıq, yeniyetməlik və hamiləlik dövründə artan zülal ehtiyacının qarşılanmasını təmin edir. Qadınlarda menopozdan sonra müşahidə edilən osteoporozun qarşısının alınması üçün istifadə edilə bilər. Tərkibindəki vitamin və minerallar sayəsində yaşlılıq dövründə bədən müqavimətini artırır. Kefir təbii antibiotikdir Kefir ishala yaxşı təsir edir. Bu qida xaricdən bağırsaqlara daxil olan mikroorqanizmlərə qarşı yüksək dərəcəli antibiotik təsiri göstərir. Depressiyadasınızsa, kefir için Nizamlı yeyildiyi zaman kefir rahatlıq və yuxu halı verir. Kefirin depressiya azaldıcı təsiri triptofan, maqnezium və kalsium tərkibinin yüksək olması ilə bağlıdır. Tərkibində olan fosfor sayəsində hüceyrə inkişafı və enerji ehtiyacının qarşılanması üçün karbohidratların, yağların və zülalların istifadəsini asan təmin edir. Mir.Az

Viewing all articles
Browse latest Browse all 106

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ