Quantcast
Channel: Pəhriz - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 106

Yayı incə bədənlə qarşılayın – Xanımlara məsləhət

$
0
0
Yay mövsümü yaxınlaşdıqca dəbə uyğun geyinənlərin təlaşı da başlayır. Bu halda sürətlə arıqlamağa çalışırlar. Lakin bunun təhlükəli olduğunu unudurlar. Arıqlamaq təbii bir proses olmalıdır. Buna görə sağlam qidalanma proqramı və həyat tərzini indidən tətbiq etməyə başlamaq lazımdır. Çəki azaltmaq üçün düstur əslində budur - müəyyən qədər sağlam və nizamlı qidalanma, aktiv hərəkət etmək və bol su içmək. Türkiyəli qidalanma və pəhriz mütəxəssisi Nil Şahin Gürhan yaya incə daxil olmaq istəyənlər üçün sağlam, təbii qidalarla arıqlamaq üçün məsləhətlər verib. Mir.Az uzmanın məsləhətləri ilə sizi də tanış edir. Az və tez-tez qidalanın Bu zaman həm maddələr mübadiləsi davamlı canlı olur, yavaşlamır, həm də qan şəkəri tarazlıqda qalar Su için Su həyatın başlanğıcıdır və yaşamaq üçün lazımlıdır. Gündə 8-15 stəkan su içməlisiniz. Ətlərin görünən yağlarını yeməyin Ətlərin yağları doymuş yağdır və xolesterinlə zəngindir. Ürək sağlamlığını təhdid edir, arıqlamağınızı çətinləşdirir, kökəlməyinizə səbəb olur. Qırmızı ət yeyin Qırmızı ət dəmirin ən yaxşı mənbəyidir. Qanda dəmir miqdarının aşağı düşməsini, enerjinizi də azaldır. Bu səbəbdən də həftədə ən az 1-2 dəfə qırmızı ət yeyin. Balıq yeyin Balığın tərkibində olan Omeqa 3 yağları ürək sağlamlığını qoruyur, idrak funksiyasını gücləndirir, maddələr mübadiləsi sürətini yüksəldir. Gündəlik Omeqa 3 ehtiyacınızın qarşılana bilməsi üçün həftədə 2-3 dəfə balıq yeməyiniz məsləhətdir. Süd için Süd qidalar arasında ən yaxşı kalsium qaynağıdır. Gündə 2-3 stəkan süd və 1-2 dilim pendir yeməlisiniz. Taxıllılar Sağlam şəkildə həyatı davam etdirə bilmək üçün gündə 5-7 dilim çörək, düyü, makaron kimi taxıl məhsulları yeyə bilərsiniz. Tam taxıllar Tam taxıl məhsulları tərkibində posa olduğu üçün ən sağlam taxıl qrupuna aiddir. Ağ çörək yerinə tam taxıl çörəkləri, ağ düyü yerinə qəhvəyi düyüyə üstünlük verməklə həyat keyfiyyətinizi yüksəltməklə yanaşı, çəkinizi də idarə edə bilərsiniz. Quru paxlalılar yeyin Quru paxlalılar posa və B vitamini baxımından zəngindir. Qan xolesterolunun və qan şəkərinin də tənzimlənməsində təsirli rol oynayan qida qrupudur. Həftədə 2 dəfə menyunuza daxil edə bilərsiniz. Çiy tərəvəz yeyin Çiy tərəvəzlərin tərkibində olan vitamin, mineral və antioksidanlar qidalanmanızda çox əhəmiyyətli yerə malikdir. Şirniyyat ehtiyacınızı meyvələrlə ödəyin Yemək yedikdən sonra və ya ara yeməklərdə fındıq, fıstıq, badam və təzə meyvə yeyə bilərsiniz. Bu, həm də şirniyyat ehtiyacınızı qarşılayar və qidalanmanızda sağlamlıq keyfiyyətinizi yüksəldir. Eyni zamanda, maddələr mübadilənizin sürətlənməsinə də təsiri var.

Viewing all articles
Browse latest Browse all 106

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ